Accessibility links

Video

Şəffaflıq-Azərbaycan təşkilatının eksperti Kənan Qasımov


Şəffaflıq-Azərbaycan təşkilatının eksperti Kənan Qasımov Azərbaycanda korrupsiyanın yüksək olmasını ciddi islahatların aparılmaması, insan hüquqları sahəsində problemlərin olması ilə izah edir. Əhali daha çox məhkəmə orqanlarından şikayət edir. Transperency İnternational təşkilatı 2012-ci ildə dünya ölkələrində Korrupsiya Qavrama İndeksini yayıb. Təşkilatın tərtib etdiyi cədvəldə Azərbaycan 174 ölkə arasında 139-cu yerdədir. Azərbaycanla 139-cu yeri Nigeriya, Keniya, Nepal və Pakistan bölüşür. Azərbaycanın yaxın qonşuları Rusiya, Qazaxıstan, İran 133-cü, Gürcüstan 51-ci, Ermənistan 105-ci yerdə qərarlaşıb.

XS
SM
MD
LG