Accessibility links

Dana Rohrabacher: İran azərbaycanlılarının azad yaşamaq hüququ var!


Dana Rohrabacher

Dana Rohrabacher

ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya üzrə alt komitəsi "İranın Cənubi Qafqaz və Ətraf Regionda Təsiri" başlığı altında dinləmə keçirib. Bir neçə tanınmış konqresmenin təmsil olunduğu dinləmədə Azərbaycanın İranla münasibətləri və İran Azərbaycanında siyasi durum müzakirə olunub.

Dinləmədə çıxış edən Konqresmen Dana Rohrabacher İran İslam Respublikasını “qanqster rejimi” adlandıraraq onun azərbaycanlıların hüquqlarını kobud şəkildə pozduğunu bildirdi. Cənab Rohrabacher qeyd etdi ki, bütün millətlər kimi İran azərbaycanlılarının azad olmaq hüququ var və bir amerikalı olaraq o, azərbaycanlıların azad yaşamaq hüququnu dəstəkləyir. Amerikalı konqresmen Azərbaycan hökumətini İrandan qorxmadığına görə alqışladı.

Dinləmədə İndianadan olan konqresmen Dan Burton İranın Cənubi Qafqazdakı mənfi təsirindən söz açdı. O, qeyd etdi ki, İranın ideoloji rejimi radikal şiə cərəyanını Azərbaycanda yaymağa cəhd göstərsə də, buna müvəffəq ola bilməyib.

Dinləmədə region üzrə ekspertlər Brenda Shaffer, Ariel Cohen, Michael Rubin və Aleks Vatanka iştirak edirdilər. Öz rəylərini konqres üzvləri ilə paylaşan ekspertlər Cənubi Qafqazda və İran ətrafında vəziyyətin gərgin olduğunu vurğuladılar. Brenda Shaffer İran hökumətini sözdə özünü müsəlmanların müdafiəçisi kimi qələmə verən, əslində isə həmin ölkədə yaşayan azərbaycanlıların hüquqlarını büsbütün pozan rejim kimi təsvir etdi.
XS
SM
MD
LG