Accessibility links

Oğurluq etmək cəhdində şübəhli bilinən adam ev yiyəsi onun üstünə tapança çəkdikdən sonra 911-ə zəng edib.

Şübhəli, Christopher Moore, bu zəngi Texas ştatının Springtown şəhərindən edib. Qarət cəhdi iflasa uğradıqdan sonra ev yiyəsi James Gerow və Gerow-nun oğlu maşınına sığınan quldura tapança tuşladıqda Moore polisdən yardım istəyib.

“Mən ucqar bir yerdəym,” deyə Moore 10 dəqiqəlik zəngdə 911-in operatoruna bildirir. “Kimsə üstümə silah çəkib.”

Gerounun xanımı Lindy də 911-ə zəng edərək Moore-un dediklərini təsdiqləyib.
Tez gəlin, yoxsa ərim onu güllələyəcək.

“Tez gəlin, yoxsa ərim onu güllələyəcək," deyə Lindy polisə xəbərdarlıq edib.

Qeyd edək ki, ABŞ Hüquqlar Bəyannaməsinin ikinci düzəlişi amerikalılara silah gəzdirmək azadlığı verir. Bəziləri bu qanunun zorakılıqlara yol açdığını dediyi halda, silah sahibləri özünü-müdafiə hüququnun vacibliyini əsas gətirirlər.

XS
SM
MD
LG