Accessibility links

Yaqub Zurufçu zəlzələdən zərər çəkənlər üçün xeyriyyə konserti keçirib


Yaqub Zurufçu İsveçdə xeriyyə konserti keçirib
Yaqub Zurufçu İsveçdə xeriyyə konserti keçirib
Noyabrın 25-də Isveçin paytaxtı Stokholm şəhərində Yaqub Zurufçunun xeyriyyə konserti keçirilib. Yaqub Zurufçunun rəsmi facebook səhifədən Amerikanın Səsinə daxil olan məlumata görə, konsertdən daxil olan gəlir İranın azərbaycanlılar yaşayan Vərziqan vilayətində baş vermiş zəlzələdən zərər çəkən azərbaycanlılara göndərilib.

Canlı ifaları ilə tamaşaçıları heyran edən Yaqub Zurufçu səhnəyə qarmon ifaçısı Aftandil İsrafilov və onun qrupu ilə çıxıb.Onun ən sevilən mahnıları - "Ana", "Ey vətən", "Ayrılıq", "Təbriz" və digər mahnılar qürbətdə yaşayan azərbaycanlıları gözyaşlarına qərq edib. Konsert həm də Azərbaycan Respublikasının sakinləri ilə İranda yaşayan azərbaycanlıları bir araya gətirib.

Yaqub Zurufçu bu missiyanı digər Avropa şəhərlərində də həyata keçirmək niyyətində olduğunu bildirib.
XS
SM
MD
LG