Accessibility links

Video

AXCP sədr müavini Fuad Qəhrəmanlı: 10 dekabrda aksiya keçiriləcək


Bakı şəhər icra hakimiyyəti İctimai Palatanın Milli Məclisin önünə dekabrın 10-na təyin etdiyi etiraz aksiyasına icazə verməyib. Bakı şəhər Baş Polis İdarəsi isə icazəsiz aksiyaya cəhd olarsa qarşısının qətiyyətlə alınacağını bildirib. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, İctimai Palata etiraz aksiyasını keçirməkdə qərarlıdır və aksiya keçiriləcək. Aksiya Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar “Siyasi məhbuslara azadlıq!”, “Toplaşmaq azadlığına məhdudiyyətlərə yox!”, “Saxta parlament buraxılsın!”, “İfadə, söz və ifadə azadlığı sərhəd tanımır!”, “Vicdan azadlığı hər kəsin haqqıdır!” və “İnsan hüquqlarına hörmət edin!” şüarları altında keçirilir.

XS
SM
MD
LG