Accessibility links

Pakistanda ABŞ-ın pilotsuz idarə edilən təyyarəsinin hücumu zamanı Əl-Qaidə lideri qətlə yetirilib



Pakistanda ehtimal edildiyi kimi ABŞ-ın pilotsuz idarə edilən təyyarəsinin hücumu zamanı Əl-Qaidənin regionda ən nüfüzlu fiqurlarından biri qətlə yetirilib.

Cihad tərəfdaflarına aid bir neçə veb səhifədə Əbu Zeyd kimi tanınan Xaled Bin Əbdül Rəhman Əl-Hüseynənin cümə axşamı günü Pakistanın Əfqanıstanla sərhəddə yerləşən Şimali Vəziristan regionunda qətlə yetirildiyi haqda məlumat verilir.

Yerli tayfaların verdiyi məlumatlara görə, Əbu Zeyd bir neçə gün əvvəl regionda gizləndiyi yerə köçmüşdü.

Pakistan ABŞ-ın pilotsuz idarə edilən təyyarələri hücumlarını tənqid edərək, bunun ölkənin suverenliyinin pozulması olduğunu bildirib.

ABŞ bu hücumların regionda yaraqlıları dəf etmək üçün mühüm vasitələrdən biri olduğunu bildirir.
XS
SM
MD
LG