Accessibility links

Sülhəddin Əkbər: Rusiya İlham Əliyevin üçüncü dəfə prezident seçilməsində maraqlı deyil [Audio]


Azərbaycan-Atlantik Əməkdaşlıq Assosiasiyasının rəhbəri Sülhəddin Əkbər Amerikanın Səsinə müsahibədə Rusiyanın Qəbələ radar stansiyasının istismarına xitam verməsi barədə qərarını şərh edib. Cənab Əkbər Moskvanın son addımını Azərbaycan və Rusiya hökumətləri arasında strateji maraqların üst-üstə düşməməsi və münasibətlərin gərginləşməsi ilə izah edib.

Sülhəddin Əkbərin sözlərinə görə prezident İlham Əliyevin hakimiyyətə qoyulan məhdudiyyətləri aradan qaldırmaq barədə referenduma getməsi Moskvanın narazılığına zəbəb olub. Belə ki, Kreml Azərbaycanda Rusiyanın maraqlarını daha çox təmin edəcək qüvvənin hakimiyyətdə təmsil olunmasını arzulayır.

Başqa tərəfdən Azərbaycan son aylarda Qərb qüdrətləri, Türkiyə və İsraillə münasibətləri genişləndirməyə səy göstərir. Həyata keçirilən birgə iqtisadi və hərbi layihələr sabiq Sovet məkanına tam nəzarəti bərpa etməyi qarşıya məqsəd qoymuş Vladimir Putin hökumətini qıcıqlandırır.

Sülhəddin Əkbər Azərbaycanın Rusiya ilə münasibətlərinin kəskinləşməsinin ciddi fəsadlarla müşayiət oluna biləcəyini qeyd etdi və Azrbaycan daxilində sabitliyin pozulmasının qarşısını almaq üçün İlham Əliyev hökumətinin daxildə avtoritar siyasəti yumşaltmalı olduğunu qeyd etdi. Eyni zamanda o, Əliyev hökumətinin müxalifətlə dialoqa gedəcəyinə inanmadığını qeyd etdi və əksinə, daxildə basqıların bir qədər də sərtləşə biləcəyinə dair xəbərdarlıq etdi.

please wait

No media source currently available

0:00 0:12:34 0:00

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG