Accessibility links

Rəşidə Rəşid:`Atamın ölümü ilə hələ də barışa bilmirəm, ona bu gün də ehtiyacım var`[Audio]


Rəşidə Rəşid:`Atama bu gün də ehtiyacım var`
please wait

No media source currently available

0:00 0:08:53 0:00


Dekabr ayınınn 14-ü Azərbaycanın korifeyi, Azərbaycanı dünyada sehirli səsi ilə tanıdan, Azərbaycanın xalq artisti, mərhum Rəşid Behbudovun ad günüdür. Bu münasibətlə biz Rəşid Behbudovun qızı Rəşidədən atası haqda xatirələrini bölüşməsini xahiş etdik.

Rəşidə xanım atası haqda xatirələrinin ziddiyyətli olduğunu deyir. O deyir ki, zamanlar o, gənc qız idi və atasının bir dahi, qeyri-adi istedada malik olan bir insan kimi deyil, yalnız məşhur bir müğənni kimi görürdü. “Əlbəttə mən o zaman yanımda dahi bir insanın olduğunu sonradan başa düşdüm" - deyə, Rəşidə xanım bildirir.

Rəşidə xanım atasının həddən artıq dürüst bir insan, həddən artıq müasir, bəlkə də onda o dövrün şərqli kişisinə yaraşmayan bir müasirlik olduğunu, bəzən anasının ona icazə vermədiyi işlərdə atasının çox rahatlıqla icazə verdiyini deyir. “Yəqin ki bütün bu cəhətlər onda bir artist olduğu üçün var idi. Onda bir novatorluq, var idi ki, bu da özünü yaratdığı mahnı “Mahni Teatrı”nda göstərdi. Bu o dövrdə unikal bir teatr idi və bu teatr dünya miqyasında tanınırdı”.

Rəşidə Rəşid atasının mülayim, səmimi və mehriban bir insan olduğunu və gənc bir qızı gözəl başa düşdüyünü, formalaşmasında gözəl rol oynadığını deyir. “Anam atamdan yaşca xeyli kiçik idi və bir gənc ana kimi bəlkə də qızına münasibətdə bəzi incəlikləri bilmirdi. Anam mənə qarşı daha sərt idi və məsələn bu olmaz, bu hələ tezdir …. Atam isə əksinə, yox bu ona yaraşır, bu gözəldir, bu dəbdədir … o gəncdir, qoy geyinsin deyərdi.”

Rəşidə xanım atasının onun dostu olduğunu və onu itirdikdən sonra ailəsində onu başa düşən bir insanın olmadığını deyir. “O, bir gənc musiqiçi kimi mənim fikrim onun üçün əhəmiyyətli idi. O, mənə peşə seçimimdə, repertuar seçimimdə, dost seçimimdə təzyiq göstərməzdi, Onda diktə etmək adəti yox idi. Ona görə yox ki, o mənim atam idi, bu mənim obyektiv fikirlərimdir.”

Rəşidə xanım atasının həddən artıq şən bir insan olduğunu, o, evdə olarkən heç kimin pis əhvali-ruhiyyədə olmasına imkan vermədiyini, hər-hansısa problemi tez bir zamanda həll etməyə çalışdığını deyir, “Onunla olanda bir rahatlıq hiss edirdin, onunla olanda ürəkdə bir sevinc əmələ gəlirdi. Yaşamaq istəyirdin.”

Rəşidə xanım atasının vəfatından sonra birdən-birə hər şeyin dəyişdiyini, mənəvi bir dəyişkliyin əmələ gəldiyini və uzun müddət bu vəziyyətə alias bilmədiyini deyir.
“Bu il 23 ildir ki, atam yoxdur və mən bu gün də onun yoxluğu ilə barışa bilmirəm. Mənim ona bu gün də ehtiyacım var.”

Bir musiqiçi kimi formalaşmasında da atasının böyük rolu olduğunu deyən Rəşidə xanım Rəşid Behbudovun qızı olmağın çox məsuliyyətli olduğunu və bununla böyük qürur hissi keçirdiyini deyir. O, Rəşid Behbudovun böyük musiqi biliyinə, səhnə zövqünə malik olduğunu deyir və bir müğənni kimi özünə repertuar seçməkdə mahir bir usta olduğunu vurğulayır.

Rəşidə xanım musiqi seçimində atasından keçən genetikanın ona böyük yardımı oldöunu bildirir. “Dahi insanın övladı olmaq böyük mənəvi yük olmaqla yanaşı, böyük bir məktəb yolu, həyat yolu deməkdir”.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG