Accessibility links

Prezident Barak Obama Konnektikut ştatının Nyutaun şəhərindəki ibtidai məktəbdə baş vermiş qırğınla əlaqədar Ağ Evdə açıqlama verən zaman dəfələrlə göz yaşlarını silib.

Cənab Obama bütün valideynlər kimi Nyutaunda yaşanan ağrını hiss etdiyini və faciənin kədərini paylaşdığını bildirib.

"Bizim qəlbimiz bu gün qırılıb. Bu gün ölənlərin əksəriyyəti uşaqlar idi - 5 və 10 yaşlar arasında gözəl uşaqlar. Onların ömürləri qabaqda idi: ad günləri, məzunluq, toylar, öz övladları."

Prezident Obama bu kimi hadisələrin əvvəllər də Amerikada baş verdiyini deyərək "siyasətdən asılı olmayaraq hərəkətə keçməyin" vacibliyini vurğulayıb.

Prezident Obama matəm əlaməti olaraq bütün federal dövlət idarələrində bayraqların yarıya endirilməsinə göstəriş verib.

Birləşmiş Ştatların Konnektikut ştatının Nyutaun şəhərində 20 yaşlı Adam Lanza ibtidai məktəbə hücum edərək 26 adamı, o cümlədən 20 uşağı öldürüb. Uşaqlardan 18-i hadisə yerində, 2-si xəstəxanada keçinib.

XS
SM
MD
LG