Accessibility links

Rəsul Quliyev: Prezident olsam, hakimiyyətdə balans yaradacağam! [Video]


Rəsul Quliyev: Prezident olsam, hakimiyyətdə balans yaradacağam
please wait

No media source currently available

0:00 0:23:45 0:00

Rəsul Quliyev: Prezident olsam hakimiyyətdə balans yaradacağam

Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev Amerikanın Səsinə verdiyi müsahibədə Azərbaycanda siyasi situasiya, gözləntilər və şəxsi planları haqda danışıb.

2012-ci ildə ölkədə cərəyan etmiş ən mühüm hadisələri sadalayan cənab Quliyev Quba üsyanı, Eurovision müsabiqəsi və xarici qəzetlərdə Azərbaycandakı korrupsiyaya dair yazıların dərc edilməsini qeyd edib.

2013-cü il prezident seçkilərində iştirak etmək məramını açıqlayan Rəsul Quliyev bu, baş verdiyi halda qalib gələcəyini, əks təqdirdə isə İlham Əliyevin prezident kürsüsündə qalacağını proqnozlaşdırıb.

Açıq Cəmiyyət Partiyasının lideri prezidentliyinin ilk 100 günündə nə edəcəyi haqda suala cavabda ilk növbədə prezidentlik dönəminə qoyulan məhdudiyyəti bərpa edəcəyini söyləyib. O, əlavə edib ki, hakimiyyətdə balans yaratmaq üçün prezidentin səlahiyyətlərini parlamentlə bölüşdürülməsi yolunda islahatlar aparacaq.

Cənab Quliyev hazırda Azərbaycan prezidentinin universitet rektorlarını belə təyin etməsini qəbuledilməz hal kimi qiymətləndirərək prezident təyinatlarının sayını kəskin azaldacağını və korrupsiyaya uğramış məmurları gənc savadlı nəsillə əvəzləyəcəyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG