Accessibility links

NATO baş katibi Anders Foq Rasmussenin sözlərinə görə, Suriya prezidenti Bəşar Əl-Əsədə sadiq qüvvələr ölkə daxildə daha çox raket hücumları həyata keçirməyə başlayıb. Cənab Rasmussen bu addımın rejimi məhvə apardığını deyib.

Bu ayın əvvəli ABŞ və NATO bildirib ki, cənab Əsədin qüvvələri Hələb şəhəri yaxınlığında üsyançılara qarşı Skad raketlərindən istifadə edib. Suriya rəsmiləri bu iddianı rədd edir.

Hərbi ekspertlər Skad raketlərinin 500-800 kilometrlik məsəfəni vurmaq iqtidarında olduğunu bildirir.

Rasmussen deyib ki, Suriya hökumətinin Skad kimi raketlərdən istifadə etməsi NATO müttəfiqi Türkiyənin müdafiəsinə ehtiyacı gündəmə gətirir.
XS
SM
MD
LG