Accessibility links

Birmada təyyarə qəzası 2 nəfərin həyatına son qoyub


Members of Burma's Fire Brigade team gather near a damaged Air Bagan passenger plane in Heho, Shan State, Dec. 25, 2012.
Members of Burma's Fire Brigade team gather near a damaged Air Bagan passenger plane in Heho, Shan State, Dec. 25, 2012.
Bu gün səhər Birmanın Şan ştatında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər həlak olub.

Ranqundan havaya qalxan Air Bagan şirkətinə məxsus təyyarə Heho hava limanının 3 kilometr yaxınlığında avtomobil yoluna qəza enişi edib.

Ölənlərdən biri 11 yaşlı sərnişin, digəri isə yolda velosiped sürən kişi olub. Rəsmilər hadisə zamanı pilot və 4 əcənbi sərnişin də daxil olmaqla 11 nəfərin yaralandığını bildirib.

Hökumət rəsmiləri qəzanın pis hava şəraitində baş verməsini istisna etmir.

Yaralanan 4 əcnəbi sərnişindən 2-si amerikalı, 1-i britaniyalı, digəri isə koreyalıdır.
XS
SM
MD
LG