Accessibility links

Suriya müxalifət lideri Rusiyanın sülh danışıqlarına dəvətini rədd edərək Moskvanı Suriya xalqına qarşı mövqe tutmaqda ittiham edib.

“Xeyr, biz Moskvaya getməyəcəyik. Əgər onların aydın planı varsa, biz başqa ərəb ölkəsində görüşə bilərik,” deyə Milli Koalisiyanın rəhbəri Moaz Əlxatib bildirib.

Prezident Bəşar əl-Əsədin yaxın müttəfiqi olan Rusiya bu günlərdə cənab Əlxatibə dəvətnamə göndərərək əkrsər Qərb və ərəb dövlətləri tərəfindən Suriya xalqının həqiqi təmsilçisi kimi tanınan qurumun rəhbərinə sülh danışıqları təklif edib.

Amma Əl-Cəzirə telekanlına müsahibədə Əlxatib belə bir səfərin planda olmadığını deyərək Kremldən Əsədə dəstək verdiyinə görə üzr istəməyi tələb edib.

“Əgər biz Suriya xalqını təmsil etmiriksə, onda onlar niyə bizi dəvət edirlər? Yox, əgər belədirsə, onda niyə Rusiya bu rejimin barbarizmini açıq şəkildə tənqid etmir və Əsədi hakimiyyətdən getməyə çağırmır? Bu hər hansı danışıqların əsas şərtidir,” deyə Əlxatib bəyan edib.
XS
SM
MD
LG