Accessibility links

Türk mətbuatı: Sevinc Babayevanın üzərindən 2 pasport çıxıb


Sevinc Babayeva
Sevinc Babayeva
Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı videolarda vasitəçi qismində çıxış edən və dekabrın 26-sı İstanbuldakı xəstəxanalardan birində vəfat edən Sevinc Babayeva Türkiyə mətbuatının gündəminə düşüb.

Yerli mətbuatın yaydığı məlumatlar arasında ən çox diqqəti çəkən məqam HaberTürk veb səhifəsində yer alıb. Portal yazır ki, Sevinc Babayevanın üzərindən 2 pasport və Məryəm Solmaz adına saxta şəxsiyyət vəsiqəsi çıxıb. HaberTürk habelə iddia edir ki, İnterpol tərəfindən axtarılan sabiq kitabxana müdiri Türkiyəyə qaçaq yolla daxil olub.

Türkiyə mətbuatında yer alan digər məlumatlara görə, Azərbaycan Daxili İşlər Nazirliyindən nümayəndə heyəti və ədliyyə tibb mütəxəssisləri Türkiyəyə gəlib.

Yerli xəstəxana əvvəllər 2 dəfə ürəyindən şikayətçi olan Sevinc Babayevanın infarktdan dünyasını dəyişdiyini açıqlayıb.

-----------------------

Bu arada BBC Azərbaycancaya müsahibə verən Sevinc Babayevanın oğlu Ayxan Məmmədov anasının Türkiyəyə saxta sənədlərlə daxil olması ilə bağlı xəbərləri yalan adlandırıb.

"Anam Türkiyəyə öz pasportu ilə daxil olub. Başqa sənədi olmayıb. "Məryəm Solmaz" adını o, Türkiyədə istifadə edib", deyə Ayxan Məmmədov qeyd edib.

Bu gün haabelə Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov bildirib ki, Sevinc Babayevanın meyitinin autopsiyası başlayıb.

Baş konsulun açıqlamasına görə, autopsiyanın nəticələri bəlli olduqdan sonra cənazənin Türkiyədən çıxarılması üçün zəruri olan sənədləşdirilmə prosesi başlanacaq. O, bölgə prokuroru ilə danışıqlarına əsaslanaraq Sevinc Babayevanın üzərində və kirayə yaşadığı evdə aparılmış axtarış zamanı onun Sevinc Babayeva olduğunu təsdiqləyən sənəd aşkar edilmədiyini deyib.

Həsən Zeynalov Sevinc Babayevanın üzərində şəxsiyyətini təsdiq edən sənədlərin olmamasının şübhəli fakt kimi Türkiyə hüquq-mühafizə orqanları tərəfindən araşdırılacağını istisna etməyib.

XS
SM
MD
LG