Accessibility links


Pakistan rəsmiləri cümə axşamı günü Peşəvar şəhəri yaxınlığında yarı-hərbi dəstənin oğurlanmış 23 üzvündən 21-nin güllə ilə vurulub öldürüldüyünü bildirib.

Qrupun digər iki üzvünün sağ qaldığı bildirilir. Rəsmilərin sözlərinə görə , sağ qalan qrup üzvlərindən biri yaralı olduğu üçün xəstəxanaya aparılıb, digəri isə qaça bilib.

Qrup üzvlərinin oğurlanmasına görə məsuliyyəti Taliban öz üzərinə götürüb.

Yerli hökumətin sözçüsü Nəvid Əkbər Xan rəsmilərin dəstə üzvlərinin cəsədlərini Peşəvər yaxınlığında Sərhəd bölgəsində tapdığını bildirib.

Yarı-hərbi dəstənin üzvləri cümə axşamı günü Xeybər Paxtunkva vialyətində iki yoxlanış məntəqəsinə ağır silahlı yaraqlıların hücumu zamanı oğurlanmışdı.
XS
SM
MD
LG