Accessibility links

Pakistan 1990-cı illərdə Əfqanistanda taliban hakimyyəti dönəmində ədliyyə naziri işləmiş şəxs də daxil olmaqla dörd əfqan milliyətli taliban məhbusu azad edib.

Adının açıqlanmasını istəməyən Pakistan rəsmisinin jurnalistlərə verdiyi məlumata görə keçmiş ədliyyə naziri Molla Nurəddin Turabi, keçmiş Helmənd vilayətinin qubernatoru Əbdül Bari, və iki başqa məhbus azadlığa buraxılıblar.

Turabinin səhhətinin yaxşı olmadığı deyilir. BMT-nin məlumatına görə, Turabi 2009-cu ilin ortalarında Əfqanistanda talibanın hərbi komandiri vəzifəsini icra edib, və taliban lideri Molla Ömərin müavini olub.

Həmçinin taliban sözcüsü məhbusların sərbəst buraxılmasını təsdiqləyib. Bu ayın əvvəllərində Pakistan daha doqquz taliban məhbusunu azadlığa buraxmışdı, ancaq qiyamçı qrupun keçmiş lideri Molla Əbdül Ğəni Bəradər onların sırasında deyildi. Molla Əbdül 2010-cu ildə Pakistanda həbs olunub.

Dalana dirənmiş sülh prosesinə kömək etmək üçün Əfqanıstan hökumət uzun müddət məhbuslara çıxış axtarıb.

Vaxtikən Taliban rejiminin dəstəkləmiş Pakistan dövlətinin yardımı Əfqanıstanda sülh səylərinə mühüm töhfə verə bilər. Belə ki, 2014-cü ilin axırınadək beynalxaq qüvvələr Əfqanıstandan çıxmağı planlaşdırırlar.
XS
SM
MD
LG