Accessibility links

Hindistanda bir çoxları kütləvi zorlanmaya məruz qalaraq dünyasını dəyişmiş qızın xatirəsinə hörmət əlaməti olaraq yeni il şənliklərini təxirə salıblar.

İki həftə öncə bir qrup şəxsin avtobusda qıza hücum edərək ona metal çubuqla yetirdikləri xəsarət nəticəsində 23 yaşlı adı naməlum qalan tələbə qız şənbə günü vəfat edib.

Dekabrın 16-da Yeni Dehlidə baş vermiş hücuma görə altı nəfər saxlanılıb və hazırda ittihamlarla üzləşirlər. Əgər təqsirli bilinərlərsə onları edam cəzası gözləyir.

Ötən şənbə günü Yeni Dehlide seksual təcavüzə məruz qalan hindistanlı tələbə Sinqapur xəstəxanasında vəfat edib.

Mount Elizabeth xəstaxanasının yaydığı bəyanatda deyilir ki, 23 yaşlı tələbə şənbə günü səhər saatlarında dünyasını dəyişib.

Xəstəxananın baş idarəçisi Dr. Kelvin Lohun dediyinə görə, həkimlər onun həyatda qalması üçün əlavə müalicə preparatlarına süni ventilasiya sistemi, optimal antibiotik dozalar və həmçinin infeksiyalara qarşı müqaviməti gücləndirmək üçün stimulyator əlavə etmişdilər.
Qızın ailə üzvləri onun yanında olub.
XS
SM
MD
LG