Accessibility links

Dünya liderləri yeni il mesajları ilə çıxış ediblər


Yeni il duasında Papa XVI Benedikt dünyanı sülhə çağırıb, yoxsul və varlılar arasındakı bərabərsizliyi qınayıb.

Çərşənbə axşamı Müqəddəs Piter Kafedralında oxuduğu moizədə “tənzimlənməmiş maliyə kapitalizmini” tənqid edib.

Rusya Prezidenti Vladimir Putin də yeni il mesajı səsləndirən dünya liderləri arasında olub. O, rusyalıları birlikdə işləməyə, əminliklə irəli addımlamağa və 2013-cü ilin sınaqlarına sinə gərməyə çağırıb.

Xalqa gözlənilməz müraciətində Şimal Koreya lideri Kim Conq Un öz ölkəsi ilə Cənubi Koreya arasında olan problemləri aradan qaldırmağın mühümlüyünü vurğulayıb. Cənab Kim ölkə iqtisadiyyatını yaxşılaşdırmağa səy göstərəcəyini deyib.

Birma Prezidenti Tayn Sin xalq ilə dövlət arasında etimadın güclənməsinə çağırıb. O, həmçinin hərbi hökumətdən mülki hökumətə keçid prosesindən sonra ölkədəki siyasi irəliləyişlərin dünya tərəfindən heyrətlə qarşılandığını vurğulayıb.

Qarşıdan gələn Mart 2013 seçkiləri səbəbi ilə artan gərginlik fonunda Keniya prezidenti Mvai Kibaki yeni ildə seçkilərin sülh şəraitində keçirilməsinə çağırıb. O, deyib ki, bu cür seçkilər dünyaya Keniyanın demokratiya, azadlıq və hürriyət mayakı olması mesajını verərdi.

Venezuelada insanlar kilsələrə toplaşaraq Prezident Hugo Çavezin keçən ay keçirdiyi əməliyyatdan sonra sağalması üçün dua ediblər. Xərçəng xəstəliyi ilə mübarizə aparan cənab Çavez hazırda ağ ciyər infeksiyasında əziyyət çəkir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG