Accessibility links

Kabil Pakistanın taliban məhbusları buraxmasını müsbət qarşıladı


Əfqanistan Pakistanın altı taliban məhbusunu azadlığa buraxmasını sülh prosesində mühüm addım kimi qarşılayıb.

Prezident Həmid Karzayın sözçüsü Aymal Faizinin Kabildə jurnalistlərə dediyinə görə, hökümət ümid edir ki, bu proses talibanı əfqan höküməti ilə danışıqlara həvəsləndirəcək.

Pakistan 1990-cı illərdə Əfqanistanda taliban hakimyyəti dönəmində ədliyyə naziri işləmiş şəxs də daxil olmaqla dörd əfqan milliyətli taliban məhbusu azad edib.

Adının açıqlanmasını istəməyən Pakistan rəsmisinin jurnalistlərə verdiyi məlumata görə keçmiş ədliyyə naziri Molla Nurəddin Turabi, keçmiş Helmənd vilayətinin qubernatoru Əbdül Bari, və iki başqa məhbus azadlığa buraxılıblar.

Turabinin səhhətinin yaxşı olmadığı deyilir. BMT-nin məlumatına görə, Turabi 2009-cu ilin ortalarında Əfqanistanda talibanın hərbi komandiri vəzifəsini icra edib, və taliban lideri Molla Ömərin müavini olub.
XS
SM
MD
LG