Accessibility links

Bu gün ABŞ-da qulların azad edilməsinin 150-ci ildönümü tamam olur


Bu həftə Birləşmiş Ştatlar Prezident Abraham Linkoln tərəfindən “Hürriyət Bəyannaməsinin” imzalanmasının 150-ci ildönümünü qeyd edir. Həmin qanun ABŞ-dan ayrılmağa çalışan Konfederasya ştatlarında qullara azadlıq hüququ vermişdi. Sənəd 1863-cü il, yanvarın 1-də qüvvəyə minmişdi.

Prezident Linkoln tərəfindən imzalanmış və prezident möhrünü daşıyan sənədin çox nadir orijinalını Milli Arxiv bu yaxınlarda ictimaiyyətə açıqlayıb.

Bu sənəd qulları bütün ölkə boyu dərhal azad etməsə də, Milli Arxivdə Afrika-Amerika tarixi üzrə mütəxəssis Reginald Vaşingtonun dediyinə görə, bu sənəd 13-cü düzəlişin meydana çıxmasına və bununla da Birləşmiş Ştatlarda quldarlığa son qoyulmasına yol açdı. O, mərasimdə sənədi jurnalistlərə təqdim edərək qanun haqda məlumat verib:

“Linkolnun bir imzası ilə bu bəyannamə ölkənin mahiyyətini fundamental şəkildə dəyişdi. İttifaqı qorumaq uğrunda aparılan müharibə bir günün içərisində insan azadlığı uğrunda mücadiləyə çevrildi. Əsarətdə olan dörd milyona yaxın qul üçün bu, umid simvolu idi, onların inam və tələbkarlıqlarınım təsdiqi idi və müharibə onların azadlıqlarını təmin etdi.”

“Yekun Bəyannamə bir çox tarixçi və alimlər tərəfindən insan azadlığı tarixində ən mühüm sənədlərdən biri sayılır. Bəzi tarixçilərin fikrincə bu sənəd ABŞ tarixində İstiqlaliyyət Bəyannaməsi kimi əhəmiyətli sənədlərlə eyni sırada qoyula bilər,” deyə Reginald Vaşinqton bildirir.
XS
SM
MD
LG