Accessibility links

Surya hökümət qoşunları çərşənbə axşamı Dəməşq ətrafında və Hələb şəhəri yaxınlığında üsyançı qüvvələrlə atışıblar.

Hökumət hərbi təyyarələri paytaxtın şərq civarı və ölkənin ticarət mərkəzi sayılan Hələb şəhərində üsyançıların mövqelərini bombardman ediblər. Dəməşq yaxınlığındakı yanacaqdoldurma stansiyasına atılan bomba növbədə dayanan onlarla insanın ölməsinə səbəb olub.

Üsyançı hücumları üzündən rəsmilər Hələb hava limanını bağlayıblar. Britanyada qərargahlanan Surya İnsan Haqları Müşahidəçiləri təşkilatı xəbər verir ki, hava limanının müdafiəsi ilə məşğul olan Briqada 80 hərbi kontingetinin bazası ətrafında qızğın döyüşlər gedir.

Anti hökümət fəalları həmçinin bildirir ki, Dəməşqin Daraya qəsəbəsi Surya döyüş təyyarələri tərəfindən bombalanıb. Suryanın dövlət mediası hökumət qoşunlarının Darayada “onlarla terrorist” öldürdüyünü xəbər verir.

Suryada üsyançılar prezident Bəşar Əl-Əsədi devriməyə çalışırlar. Fəallar 2011-ci ilin martında başlamış etiraz aksiyalarından bəri bugünədək 45,000 adamın öldürülüdyünü deyirlər.
XS
SM
MD
LG