Accessibility links

Rəsmi Seul Şimali Koreyanın sülh təklifinə soyuq yanaşır


Cənubi Koreya hökuməti Şimali Koreya lideri Kim Conq Unun yeni il çıxışında Seulla gərginliyi azaltmaq çağrışını rədd edib.

Nazir Yu Vu çərşənbə günü bildirib ki, cənab Kimin “sönük” çıxışında heç bir mənalı təklif dilə gətirilməyib. O, gənc liderin məramlarını sual altına almaq üçün kifayət qədər əsas olduğunu söyləyib.

Cənab Kim çərşənbə axşamı çıxışında “qarşıdurmaya son qoyulmasına” çağırıb və Şimalla Cənubun birləşməsi təklifini yenidən səsləndirib.

Bəzi müşahidəçilərin dediyinə görə, Şimali Koreya lideri çıxışında qeyri-adi barışdırıcı və daxili islahatlara işarə verib. Seul Milli Universitetindən təhlilçi Çang Yong-Seokun dediyinə görə Şimal təssərüfat və zavod sənayesinə böyük stimullar təklif edə bilər, və iqtisadiyyat üzərində nəzarəti azalda bilər.

Cənab Kim yüksək keyfiyyətli avadanlıqların inkişafına çağırıb və çıxışında özəlliklə hərbi sahədə inkişafın vacibliyini vurğulayıb.

Dekabr ayında Pxenyan orbitə hava peyki gondərmək məqsədilə raketlər yerləşdirdiyi vaxtdan bəri Koreya yarımadasında gərginlik artıb.
XS
SM
MD
LG