Accessibility links

ABŞ prezidenti büdcə qanununu imzaladı


ABŞ prezidenti Barak Obama ölkəni maliyə uçurumundan saxlayan qanuna imza atıb. Konqres tərəfindən qəbul edilən büdcə qanunu varlıların vergilərini artırır, orta sinfin vergilərini olduğu səviyyədə saxlayır, amma xərcləmələrdə ixtisarlara toxunmur.

Sənədi çərşənbə günü axşam imzalayan prezident bu addımın ABŞ iqtisadiyyatını gücləndirəcəyinə əmin olduğunu bildirib.

“Bu günkü razılıq mən prezident qaldıqca bir prinsipi qüvvəyə mindirir. Prinsip də ondan ibarətdir ki, defisit balanslı şəkildə azaldılmalı, hər kəs öz ədalətli payını verməlidir. İqtisadiyyatımız belə işləyir. Biz belə artırıq.”

Respublikaçıların üstünlük təşkil etdiyi Nümayəndələr Palatası ildə təxminən 400,000 dollar gəlir əldə edən zəngin amerikalılar üçün vergilərin artırılmasına dair qanunu çərşənbə axşamı təsdiqləyib.

Bu, 20 il ərzində gəlir vergisində edilən ilk artımdır. Nümayəndələr Palatasında səsvermələr Demokratların üstünlük təşkil etdiyi Senatda qanunun səs çoxluğu ilə qəbul olunmasından təxminən 24 saat sonra keçirilib. Lakin qanunun qəbul olunması Nümayəndələr Palatasının bəzi mühafizəkar üzvlərinin müqaviməti ilə üzləşib.
XS
SM
MD
LG