Accessibility links

Argentina Britaniyanı Folklənd adalarını geri qaytarmağa çağırdı


Cümə axşamı Argentina prezidenti Britaniyanın nəzarətində olan Folklend adalarını geri qaytarmağa çağırıb. Argentina Londonu “aşkar müstəmləkəçilikdə” ittiham edir.

Argentina prezidenti Kristina Kirçner Londonda qərargahlanan Guardian qəzetində çap olunmuş açıq məktubunda baş nazir Devid Kameronu BMT-nin qətnaməsinə sayğı göstərməyə və Argentinanın Malvinas adlandırdığı adalarını geri qaytarılmasına dair danışıqlara başlamağa çağırır. O, əvvəllər də buna oxşar çağırışlar etmişdi.

Bir surətinin də BMT baş katibi Ban Ki-Muna göndərildiyi məktubda deyilir: “180 il bundan əvvəl yanvarın 3-də, 19-cu əsrin müstəmləkəçilik dövründə Londondan 14 min kilometr uzaqda olan bu ərazidən argentinalılar məcburi qovulub.”

Cümə axşamı Argentinanın BMT-dəki elçisi Mariya Kristina Perceval məktubu BMT-nin baş katibi müavini Yan Elisina çatdırıb.

BMT sözçüsü Martin Nesirkinin dediyinə görə, baş katib məsələnin həllində vasitəçilik təklif edir - “əgər hər iki tərəf bu məsələni həll etməyə razı olarsa.”

Argentina 1 yanvardan etibarən növbəti iki il müddətinə veto qüvvəsinə malik daimi üzv Britaniya ilə yanaşı BMT Təhlükəsizlik Şurasında oturacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG