Accessibility links

Alyaskada güclü zəlzələ


Alaskada zəlzələ
Alaskada zəlzələ
ABŞ-ın uzaq Alyaska ştatının sahillərinə yaxın ərazidə Rixter şkalası ilə 7.5 bal gücündə zəlzələ baş verib. Güclü yeraltı təkanın ardınca Alyaskanın cənubu və Kanadanın Sakit Okean sahillərində sunami xəbərdarlığı verilsə də, ən son məlumata görə rəsmilər bu xəbərdarlığı düzgün olmadığını bildirib. Belə ki, onlar artıq ərazi üçün ciddi sunami dalğası təhlükəsi olmadığını deyib.

Xəbərdarlıq elan ediləndə Alyaska rəsmiləri dəniz səviyyəsindən aşağıda olan bəzi ərazilərdə insanların evlərindən evakuasiyasına çağırmışdı.

Zəlzələnin episentri Alyaska ştatının Kreyq şəhərindən 100 kilometr qərbdə, təxminən 10 metrlik dərinlikdə qeydə alınıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG