Accessibility links

Prezident Barak Obamanın terrora qarşı mübarizə üzrə məsləhətçisi Con Brennanı Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) direktor vəzifəsinə nominasiya edəcəyi gözlənilir.

Cənab Obama 2009-cu ildə hakimyətə gələndə ilk olaraq Brennanı CIA-ə rəhbər qismində nəzərdə tutmuşdu. Amma Brennanın qalmaqallı istintaq metodları ilə əlaqəsi onu öz namizədliyini geri götürməyə vadar etdi.

Əvvəllər Səudiyyə Ərəbistanda CIA-in büro rəhbəri vəzifəsini icra edən Brennan, kəşfiyyat agentliyində bir çox vəzifələrdə çalışıb.

ABŞ senatı onun təyinatını təsdiqləməlidir. Əgər təsdiqlənərsə, o keçmiş CIA rəhbəri Deyvid Petrausu əvəzləycək. Deyvid Petraus noyabr ayında nikahdan kənar eşq macərası iddiaları üzə çıxdıqdan sonra istefa vermişdi.
XS
SM
MD
LG