Accessibility links

Azərbaycanlı fəal Məsud Hüseynzadə 6 aylıq həbs müddəti bitdikdən sonra Təbriz zindanından azad olunub. Azərbaycan veb səhifələrinin yaydığı məlumata istinadən, milli fəal məhkəmədə “İran İslam Respublikası əleyhinə təbliğat” aparmaqda günahlandırılmışdı.

Cənab Hüseynzadə 2012-ci ilin iyul ayında Təbrizin Abbaslı məhəlləsində işdən evə döndüyü zaman Ettelaat məmurları tərəfindən tutulmuşdu. İnsan haqları qruplarının yaydığı hesabatlara istinadən gənc azərbaycanlı tutulduqdan sonra Təbrizdə Təhlükəsizlik Nazirliyinin həbsxanasına aparılaraq təqribən 70 gün nəzarət altında saxlanmışdı. Həbsinin qalan müddətini isə o, Təbrizin mərkəzi zindanında keçirmişdi.

Təbrizin inqilab məhkəməsində vəkillə təmin olunmadan mühakimə etdilən milli fəala altı ay həbs cəzası verilmişdi. Hüquq müdafiəçilərin yaydığı xəbərlərə görə, cənab Hüseynzadə məhkəmənin qanunsuz olduğuna inandığını bəyan etmiş və etiraz əlaməti olaraq özünü müdafiə etməkdən imtina etmişdi.
XS
SM
MD
LG