Accessibility links

Böyük Britaniya rəsmiləri deyir ki, onların bir əsgəri Əfqanıstan ordusunun şübhəli üzvü tərəfindən öldürülüb.

Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, Helmənd vilayətindəki hərbi bazada hücumu həyata keçirən şəxs silahı beynəlxalq əsgərlərin üzərinə çevirərək atəş açıb. Yerli rəsmilər deyir ki, hücum zamanı digər britaniyalı əsgərlər yaralanıb.

Kabuldə təşkil edilən mətbuat konfransında NATO sözçüsü, briqada generalı Günter Katz öldürülən əsgərin britaniyalı olmasını təsdiq etsə də, onun adını açıqlamayıb.

Katzın sözlərinə görə, Əfqanıstanda daxili hücumların sayı artıb bə 2012-ci ildə 60 xarici əsgər öldürülüb.

Beynəlxalq qüvvələr öz qoşunların sayını ölkədə azaltdıqca Əfqanıstanda təhlükəsizliyə dair narahatlıqlar artır.

NATO qoşunlarının böyük əksəriyyətinin 2014-cü ilədək Əfqanıstandan çıxarılması planlaşdırılır.
XS
SM
MD
LG