Accessibility links

Yaponiya Çinə "kəskin etiraz" edir


Yaponya dövlət gəmilərinin mübahisəli adaların ətrafında görünməsinə etiraz əlaməti olaraq Çin səfirini xarici işlər nazirliyinə çağırıb. Ərazi mübahisəsi iki Asiya gücləri arasındakı əlaqələri gərginləşdirməkdə davam edir.

Çərşənbə axşamı Tokyoda xarici işlər naziri Çinin baş diplomatik rəsmisi ilə görüşündə “kəskin etirazını” bildirmiş və rəsmi Pekindən hərbi gəmiləri yapon idarəçiliyində olan adaların həndəvərinə göndərməyi dayandırmasını tələb etmişdir.

Yaponya rəsmiləri bildirir ki, bazar ertəsi günü dörd Çin dəniz tədqiqat gəmisi təbii resurslarla zəngin adaların ərazisinə daxil olub və 13 saat orada olublar. Yaponiya nazirlər kabinetinin baş katibi Yoşihide Suqa bunu “çox qeyri-adi” və “məyusedici” hərəkət adlandırıb.

Son aylarda, Çin dəfələrlə gəmilərini münaqişəli adaların ərazisinə göndərib. Bəzi analitiklər deyirlər ki, Pekinin bu addımları ilə adalara gediş-gəlişi müntəzəm formata salmağa cəhd göstərir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG