Accessibility links

Dövlət Departamenti ABŞ diplomatını və onun sürücüsünü öldürən iki sudanlı haqda məlumat verən şəxsi 10 milyon dollar dəyərində mükafatlandıracağına söz verib.

Çərşənbə günü Dövlət Departamenti mükafatı “Ədalət üçün Mükafat” proqramında elan edib.

Dövlət Departamenti Alhay Əlhəsən Hac Hamad və Məhəmməd Makavi İbrahim Məhəmməd üçün hərəyə 5 milyon dollar mükafat vəd edir.

Onlar Sudan paytaxtı Xartumda 2008-ci il yeni il günü ABŞ diplomatı Con Maykl Qranvil və onun sürücüsü Əbdülrəhman Abbas Rəhamanı öldürən beş məhkumdan ikisidir.

Qranvil və Rəhama ölümlərindən əvvəl ABŞ-ın Beynalxaq İnkişafa Yardım Təşkilatında işləyiblər.

Çərşənbə axşamı Dövlət Departamenti Hamad və Məhəmmədi rəsmən “terrorçu” elan edib.

Bu qanun terrorçunun ABŞ-da olan bütün mal-mülkünü dondurur və həmçinin Amerka vətandaşlarına onlarla hər hansı formada təmas qurmağı qadağan edir.
XS
SM
MD
LG