Accessibility links

Cümə günü Ağ Evdə keçirilməsi planlaşdırılan ABŞ prezidenti Barak Obama və Əfqanıstan prezidenti Həmid Karzay arasındakı görüşün əsas mövzusu Əfqanistanın gələcəyi haqda hələ də cavabsız qalan sualları olacaq.

Prezident Karzay və onun nümayəndə heyətinin üzvləri ilə ABŞ senatının liderləri çərşənbə günü Vaşinqtonda görüşüblər, ancaq o, görüş barədə məlumat vermək istəməyib.

“Səfər yenicə başlayıb və mən bu iki gun ərzində Senat üzvləri və hökümət numayəndələri ilə görüşəcəyəm. Ümid edirəm, mən Əfqanistana xalqına onların istədiyini gətirməklə qayıdacağam”

Hazırki planlar Birləşmiş Ştatların 2014-cü ilin axırına qədər 68,000 əsgərini Əfqanistandan çıxarmağı nəzərdə tutur.

Ancaq bu plan bundan sonra əfqan güc strukturlarının təhlükəsizliyə nəzarət edib-edə bilməyəcəkləri daxil olmaqla bir çox vəziyyətdən aslıdır.

Əfqanıstan və onun gələcəyi haqda kitab (Talibanistan) yazmış təqaüddə olan ABŞ hərbi polkovniki Tomas Linçin dediyinə görə ABŞ-ın öz əsgərlərini Əfqənistandan çıxarması üçün hələ tezdir.

“Mən şəxsən inanıram ki, halhazırda Əfqənistan və regiondakı vəziyyət Amerka və ya Qərb hərbi güclərinin tam ərazidən çıxarılması üçün əlverişli deyil. Düşünürəm ki, Əfqanistan milli ordusunun və güc strukturlarının hələ də texniki və bəzi əməlyat təlimlərinə ehtiyacı var.”
XS
SM
MD
LG