Accessibility links

Kaliforniyada 16 yaşlı şagird sinif yoldaşını güllələdi


Cümə axşamı Kaliforniyada 16 yaşlı tələbə sinif otağında ov tüfəngindən atəş açaraq öz sinif yoldaşlarından birini ciddi yaralayıb. Son məktəb zorakılıqları fonunda baş vermiş bu olay silah zorakılığı üzərində müzakirələri qızışdırıb.

Polisin məlumatına görə hadisə Los Ancelesdən təqribən 200 kilometr şimalda Taft qəsəbəsinin orta məktəbində baş verib. Məktəbin müəllim və idarəçiləri şagirdlərin sinfi tərk edə bilməsi üçün hücumçunu silahı yerə qoymağa razı sala biliblər.

Ötən ay Konnektikut ştatında orta məktəbdə 6 məktəb işçisi və 20 şagirdin ölümü ilə nəticələnmiş silahlı zorakılığ silahlara nəzarət barədə cəmiyyətdə geniş debat təkan verib.
Prezidentdən silah zorakılığını azaltmaq barədə tapşırıq almış ABŞ vitse-prezidenti Co Bayden, cümə axşamı ən böyük silah hüquqları müdafiəçisi olan Milli Silah Assosiasiyasının rəhbərliyi ilə gərgin görüş keçirib.

Görüşdən sonra Milli Silah Assosiasiyası yaydığı sərt bəyanatda bildirib ki, cənab Bayden məktəb uşaqlarını qorumaqdan çox silah hüquqlarını aradan qaldırmaqda maraqlıdır. Ağ Ev bu bəyanata reaksiya verməyib.

Dünən Co Bayden silah siyasəti ilə təkliflərini prezidentə təqdim etməli idi. Yüksək tutumlu daraqlara məhdudiyyətlər və tərcümeyi-halın yoxlanması nəzərdən keçiriləcək təkliflərin tərkib hissəsidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG