Accessibility links

Amerikana - ABŞ-da inaqurasiya öncəsi və qeyri-adi suvenirlər [Video]


Bu gündən etibarən Amerikana proqramının yayımlarına başlayırıq.

İki gün sonra Vaşinqtonda prezidentin and içmə mərasimi keçiriləcək. ABŞ prezidenti Barak Obama ailəsi ilə birlikdə Kapitoli binasının önündə dayanaraq and içəcək və xalq müraciət edəcək. İnaqurasiya mərasimində isə 800 mindən çox insanın iştirak etməsi gözlənilir. Onların təhlükəsizliyinin təmin olunması üçün ərazidə təhlükəsizlik qüvvələri yerləşdirilib və ərazinin ətrafına çəpərlər çəkilib. Buraya toplaşacaq insanlar üçün İnaqurasiya mərasimi nə qədər qeyri-adi hadisədirsə, inaqurasiya səbəbilə hazırlanmış qeyri-adi suvenirlər də bir o qədər maraqlıdır.
Beləliklə, Amerikananın ilk buraxılışında sizə inaqurasiya və qeyri-adi suvenirlərdən söhbət açırıq.
  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG