Accessibility links

Sovet məktəblərində şagirdlərə aşılanan təbliğat bundan ibarət idi ki, kapitalist dövlətlər yoxsul ölkələri soymaq sayəsində varlanırlar. “İmperializm kapitalizmin ən yüksək mərhələsidir,” deyə Sovet quruluşunun banisi Vladimir Lenin insanlar kimi millətləri də iki kateqoriyaya bölürdü: əzənlər və əzilənlər. Reallıq isə xeyli mürəkkəbdir.
Qlobalizasiyadan ən çox qazananlar elə yoxsul millətlər oldular. O mənada ki, ucuz işçi qüvvəsi dalınca gedən Qərb şirkətləri öz zavod və fabriklərini özəl mülkiyyətə məhdudiyyətlərin aradan qaldırıldığı məkanlara köçürməyə başladılar.


Son onilliklərdə vüsət alan qlobalizasiya göstərdi ki, iqtisadi inkişaf heç də həmişə “mənə hər şey, sənə heç nə” prinsipinə söykənmir. Özəl mülkiyyət hüquqlarının ayaq tutması və bunun doğurduğu qlobal ticarət hamının maraqlarına cavab verir. Ötən 20 ildə Braziliya, Hindisan və Çin kimi üçüncü dünya ölkələrində azad bazarın inkişaf etməsi bu ölkələrin sakinlərini hədsiz dərəcədə varlandırıb. O da aydın göründü ki, uzun illər bu ölkələrin vətəndaşlarını bərbad iqtisadi duruma ürcah edən edən əsas faktor kapitalist ölkələrin onları istismar etməsi yox, bu dövlətlərin yararsız siyasi mədəniyyəti olub. Necə ki, Çində və Hindistanda etatist (dövlət hegemonluğu) ideologiyadan imtina qısa zaman kəsiyində kosmik sürətlə həyat standartlarını qaldırdı, periodik aclıqlara son qoydu.


Qlobalizasiyadan ən çox qazananlar elə yoxsul millətlər oldular. O mənada ki, ucuz işçi qüvvəsi dalınca gedən Qərb şirkətləri öz zavod və fabriklərini özəl mülkiyyətə məhdudiyyətlərin aradan qaldırıldığı məkanlara köçürməyə başladılar. Məsələn, tez-tez olur ki, ABŞ-a ilk dəfə gələn Azərbaycan müsafirləri burada “Made in China” yarlıklı mallar görəndə məyus olurlar. Çoxlarına izah etmək lazım gəlir ki, əsasən xidmət sektoruna keçmiş Birləşmiş Ştatlarda indi paltar, ayaqqabı və başqa gündəlik əşyalar istehsal olunmur. Hətta amerikalılar tez-tez zarafat edirlər ki, hazırda Amerikada istehsal olunan yeganə geyim növü ağ corabdır. Onu da qeyd etmək lazımdır ki, Amerikada satılan Çin mallarının keyfiyyəti dünyanın başqa yerlərində satılan Çin mallarının keyfiyyətindən fərqli olur. Belə ki, bu mallar adətən Çinə köçmüş Amerika şirkətləri tərəfindən yaxud da ən azı Amerika standartlarına əsasən hazırlanır.

İş orasındadır ki, bir vaxtlar ucuz işçi qüvvəsinə malik olan Çin kimi ölkələr məhz Qərb kapitalının sayəsində o qədər varlanıblar ki, artıq həmin bu işçi qüvvəsi gün-gündən bahalaşmaqdadır. “2000-ci ildə Çində fəhlələrin maaşı saata 52 sent idisə, son illərin sürətli inkişafı sayəsində bu rəqəm 2015-ci ildə 6 dollara çatacaq,” deyə Robert Samuelson təxmin edir. Bu isə o deməkdir ki, artıq zavod və fabriklərin Çinə köçürülməsi Amerika kimi ölkələrə sərf etmir və onlar artan qaydada öz istehsal sektorlarını bərpa etməyə başlayacaqlar. “Qlobalizasiya Amerikadan iş yerlərini sovurub aparıb. İndi isə vəziyyət dəyişir.”

Robert Samuelson güman edir ki, 2013-cü ildə biz qlobalizasiyanın təsirlərinin azalmasını müşahidə edəcəyik və bu, Amerika üçün faydalı bir tendensiya olacaq. Sərhədlərarası beynəlxalq pul axını artıq yavaşıyıb. 2011-ci ildən 2012-ci ilədək 30 inkişaf etməkdə olan ölkəyə verilən kreditlərin həcmi 33 faiz azalıb. Ələlxüsus Avropada banklar xaricə verilən kreditləri əhəmiyyətli dərəcədə ixtisara salıblar. O biri tərəfdən, təxmin edilir ki, 2015-ci ilədək Çinin əməkçi dəyəri üstünlüyü cəmi 7 faizə enəcək. Eyni zamanda Birləşmiş Ştatlar Fransa və Almaniya üzərində 15 faiz , Yaponiya üzərində 21 faiz və Böyük Britaniya üzərində 8 faiz üstünlüyü saxlayır. Bu, isə o deməkdir ki, ABŞ istehsal üçün cəlbedici platforma statusuna qayıdır. Hesablamalara görə 2020-ci ildə ABŞ-da istehsalat sektorunda 5 milyona yaxın yeni iş yeri açıla bilər.

Qlobalizasiya bütün hallarda qeybə çəkilməyəcək. Amma millətlər öz iqtisadiyyatlarına yumşaq və effektiv baryerlər ucaltdıqca son iyirmi ildə müşahidə etdiyimiz sürətli qlobalizasiya bitmək üzrə ola bilər.

XS
SM
MD
LG