Accessibility links

1945-46-cı illərdə Azərbaycan Demokrat Firqəsinin üzvü olmuş Raziyə Şəbani İbrahimzadə yanvarın 28-də mühacirətdə yaşadığı Almanyada 87 yaşında vəfat edib. 20-ci əsrin təlatümləri siyasi fəalı İrandan sabiq Sovet İttifaqına, daha sonra isə Almaniyaya üz tutmağa vadar etmişdi.

Raziyə Şəbani Azərbaycan Milli Hökümətinin yıxılmasından təqribən iki ay sonra 1947-ci ilin fevralında Tehranda Pəhləvi rejiminin məmurları tərəfindən həbs edilmişdi. O, xatirələrində həbs edilməsi ilə bağlı yazırdı: “Mən o vaxt Tehran şəhərində idim. Azərbaycana hücum etdikləri və xalqı qırıb öldürdüklərində gizlənməyə məcbur qaldım. Ancaq sonra tutularaq 1947 fevralında iki aylıq uşağım qarnımda ikən zindana göndərildim. O zamanlar, qadınlara məxsus zindan yox idi. General Rəzmaranın binalarından birini icarə edib, zindana çevirmişdilər. Daha sonralar, məni Tehrandan Azərbaycandakı Ordu Prokurorluğuna təslim etdilər. Birinci hərbi məhkəməyə aparıldığım zaman oğlum 12 günlük idi.”
Mən o vaxt Tehran şəhərində idim. Azərbaycana hücum etdikləri və xalqı qırıb öldürdüklərində gizlənməyə məcbur qaldım. Ancaq sonra tutularaq 1947-ci ilin fevralında iki aylıq uşağım qarnımda ikən zindana göndərildim.

Hərbi Məhkəmə tərəfindən iki il həbsə məhkum edilən azərbaycanlı siyasi fəal həbs cəzasını Təbriz və Tehran şəhərlərində çəkmişdi.

Bir çox veb səhifələri mərhum Şəbaninin İranda birinci qadın siyasi məhbus olduğunu yazıblar. O, Azərbaycan Demokrat Firqəsinə üzv olmadan öncə, həyat yoldaşı Rza İbrahimzadənin təsiri altında siyasi fəaliyyətə başlayıb, Tudə Partiyasının üzvü olmuşdu. Öz yazdıqlarına görə, o Tudə Partiyası və onun rəhbərliyi ilə problemlər yaşayırdı və Azərbaycan xalqının qiyamına şahid olunca, onlara qatılmışdı. O günlərdə, 20 yaşında gənc bir qız olan Raziyə xanım əyninə hərbi forma geyərək belində Kolt tapançası gəzdirirdi.

1955-ci ildə Sovet İttifaqında mühacirətdə yaşayan həyat yoldaşının yanına gedən Raziyə xanım, təqribən 25 il SSRİ-də yaşadıqdan sonra vətənə geri dönsə də, 8 il sonra ölkəni yenidən tərk etmək qərarı verdi. Bu səfər Azərbaycan vasitəsilə ilə Almanyaya mühacirət edən sabiq saiyasi fəal ömrünün sonuna qədər həmin ölkədə yaşadı.

Show comments

XS
SM
MD
LG