Accessibility links

Ford Hud qatili edam olunmaq istəmir


Texas ştatının Fort Hud hərbi bazasında 2009-cu ildə 13 adam qətlə yetirməkdə ittiham olunan hərbi psixatrın edam cəzasının qaldırilması istəyi məhkəmə tərəfindən rədd edilib.

Hərbi tribunalın hakimi ölüm ittihamları üzrə təqsirini boynuna almaq əvəzində edam olunmaq istəməyən müsəlman mayor Nidal Həsənin xahişini rədd edib. Hərbi qanunvericilik müttəhimlərə qətl cinayətinə görə özlərini təqsirli elan etmələrinə icazə vermir.

Amerikada anadan olmuş Həsən qətliam günü polis tərəfindən açılan atəş nəticəsində iflic olub. O, üç gün davam edəcək istintaqın ilk dinləməsində sıx qara saqqallı vəziyyətdə əlil arabasında görünüb.

Həsən həmçinin qəsdən adam öldürmək üzrə 32 ittihamla üzləşir. Sabiq zabit təqsirli bilindiyi təqdirdə hərbi həbsxanada edam olunacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG