Accessibility links

Əkrəm Əylislinin yaşadığı evin qarşısında piket


Əkrəm Əylislinin yaşadığı evin qarşısında piket
please wait

No media source currently available

0:00 0:01:44 0:00

Yanvarın 31-də bir qrup hökumətyönümlü gənc tanınmış yazıçı Əkrəm Əylislinin yaşadığı evin qarşısında piket keçirib. Nümayişçilər yazıçının “Daş yuxular” kitabına etiraz bildirib. “Əkrəm Əylisliyə ar olsun!”, “Əkrəm Əylisli ermənidir!” deyə şüarlar səsləndirən gənclər yazıçını ölkədəni tərk etmətə çağırıblar. Polis aksiyaya müdaxilə etməyib. Gənclər şüar səsləndirməyi kəsdikdən sonra polis dağılmaq vaxtı olduğunu deyib. Aksiyanın sonunda gənclər yazıçının portretlərini yandırıblar. Əkrəm Əylisli “Daş yuxular” əsərində ermənilər haqqında müsbət fikirlər ifadə edib. Onun yeni romanı hökumətyönümlü medianın və xadimlərin tənqidlərinə səbəb olub. Hakim rejimin ideologiyasına əsasən bu, milli maraqları satmağa bərabərdir.

XS
SM
MD
LG