Accessibility links

ABŞ-da nəhəng fırıldaqçı şəbəkə aşkar olunub


18 şəxs kredit kart fırıldaqçılığına görə təqsirli bilinib. Nyu Cersi federal ittihamçıları bunu ABŞ Ədliyyə Departamenti tərəfindən aşkar olunan ən böyük kredit kart fırıldaqçılıq şəbəkəsi adlandırıb.

Federal Təhqiqat Bürosunun (FBI) agenti Ceyms Simpsonun məhkəmə sənədlərində bildirdiyinə görə, “təqsirkarlar minlərlə saxta şəxsiyyətlərin, saxta şəxsiyyət vəsiqələrinin, həkim reseptlərinin və 200 miliyon dollardan çox maliyyə itkisinə səbəb olmuş kütləvi beynəlxaq fırıldaqçı şəbəkəsinin bir hissəsidir. “

Məhkəmə sənədlərinə əsasən, şəbəkənin fəaliyyəti üç başlıca mərhələyə bölünüb: Müttəhimlər minlərlə saxta şəxsiyyətlər düzəldib, bu saxta şəxsiyyətlər üçün kredit tarixçəsi əlavə edib və sonra bu yolla əldə olunmuş kredit kartları ilə ödənişlər ediblər.

“Kütləvi miqyasda saxtakarlıqların nəticəsində 25,000 saxta kredit kartdan istifadə olunub. Maliyyə itki hesablamaları davam edir və hesablamaların nəticəsinin yüksək olacağı gözlənilir,” deyə Simpson bildirib.

Rəsmilər əlavə ediblər ki, ödənişlər əsasən bahalı avtomobillərə, elektron cihazlara, istirahət guşələrinə, bahalı geyimlərə və miliyonlar dəyərində qızıl əşyalara sərf edilib. Rəsmilər bildirir ki, fırıldaqçılar həmçinin iri həcmdə nağd pul toplayıblar. Onlardan birinin evindəki sobadan təxminən 70,000 dollar nağd pul aşkar edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG