Accessibility links

Sovet İttifaqının dağılmasını rəsmiləşdirən sənəd itib



Belarusun keçmiş rəhbəri Stanislav Şuşkeviç SSRİ-nin dağılmasını rəsmiləşdirən sənədin əslinin arxivlərdən itdiyini bildirib. Şuşkeviç Belovejskaya sazişinin itməsini memuar yazdığı zaman aşkar edib. Onun fikrincə, sənəd satılmaq məqsədilə dövlət aparatının keçmiş işçiləri tərəfindən oğurlana bilər.

“Belə bir vacib sənədin itməsini təsəvvür etmək çətindir, amma onun itdiyi bir faktdır”-deyə Şuşkeviç Assoşieyted Press agentliyinə bildirib.

Belarus hökumətinin nümayəndələri və Müstəqil Dövlətlər Birliyinin yüksək səviyyəli rəsmiləri sənədin əslinin itdiyini təsdiq edibilər.

1991-ci ildə dekabrın 8-də o zaman Belarus Ali Sovetinin sədri Stanislav Şuşkeviç, Rusiya prezidenti Boris Yeltsin və Ukrayna prezident Leonid Kravçuk arasında Belovejskaya Puşşada gizli danışıqlar keçirilmişdi. Üç respublikanın lideri SSRİ-nin “beynəlxalq subyekt və geo-siyasi reallıq” kimi mövcudluğuna son qoyulması haqda sənədə imza atmışdı. Bu addımla SSRİ prezidenti Mixail Qorbaçovun Sovet İttifaqının bütövlüyünü saxlamaq cəhdlərinə son qoyulmuşdu.

Belovejsk sazişi ilə sonradan daha doqquz respublikanın daxil olduğu Müstəqil Dövlət Birliyinin yaradılması elan edilmişdi. Müstəqil Dövlətlər Birliyinin arxiv idarəsinin rəhbəri Vasili Ostreyko sazişin əslinin harada olduğunu bilmədiyini deyib. O deyib ki, sənədin beynəlxalq standartlara müvafiq olaraq təsdiq edilmiş surətinin arxivdə olduğunu deyib.
XS
SM
MD
LG