Accessibility links

Zəlzələ bölgəsində milyonluq elektrik hesabları


“Qaradağlıların ürəyi bu səfər milyonluq hesablara görə titrədi” - Təbrizin Nasrnews saytında 2012-ci ilin avqustunda zəlzələnin baş verdiyi bölgə ilə bağlı yazılmış məqalənin başlığı belədir.

Jurnalistlər Yaqub Qələndəri və Əsəd Babayinin hazırladığı bu hesabata istinadən, zəlzələ bölgəsində yerləşən Vərziqan sakinləri onlara gələn yüksək elektrik hesablarını şok kimi qarşılayıblar: “Zəlzələ bölgəsində qış mövsümü başladıqdan sonra, əhali öz ailələrini soyuqdan qorumaq üçün elektrik isidicilər işlətməyə məcbur oldular. Ancaq onlar yüksək elektrik hesablarının gətirəcəyi başqa bir zəlzələdən xəbərsiz idilər.”

Zəlzələ bölgəsini ziyarət edən jurnalistlər bölgə sakinləri ilə də danışıblar. Sakinlərin birinin sözlərinə görə, zəlzələdən sonra elektrik şirkətinin əməkdaşları ilə koordinasiya edilərək, onun evinin yaxınlığında tikilən 15 çadıra elektrik çəkilib və indi bütün bu məsrəfi ödəmək onun üzərinə düşüb. Hüccət Əşrəfi əlavə edib ki, çadırlarda yaşayanların öz evləri hazır olana qədər onlar onun evinin elektrikindən istifadə ediblər.

Şərqi Azərbaycan Elektrik Paylama Şirkətinin müdiri Yusuf Sərəfraz Enerji Nazirliyinin təsdiqi olmadan hesablarda göstərilən məbləğin endirməyə ixtiyarı olmadığını bildirib.

2012-ci il avqustun 11-də Şərqi Azərbaycan vilayətinin Qaradağ bölgəsində baş verən 6,2 bal gücündə zəlzələ nəticəsində rəsmi statistikaya görə 306 nəfər ölmüş, xəsarət almış 400-dən artıq kəndin 65-də isə bütün evlər dağılmışdı. Yerli jurnalistlər və bir neçə azərbaycanlı deputat rəsmilər tərəfindən yayılan statistikaya şübhə ilə yanaşaraq, zəlzələ nəticəsində dəymiş zərərin qat-qat artıq olduğunu bəyan ediblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG