Accessibility links

İnsan haqları müdafiəçisi və İranda Azərbaycanlı Siyasi Məhbuslarını Müdafiə Birliyinin (ADAPP) sözçüsü Vahid Qarabağlı Amerikanın Səsinə müsahibədə Azərbaycan şəhərlərində son həbs dalğası, Ettelaat həbsxanalarının durumu, milli fəalların üzləşdiyi ittihamlar, şərti həbs və müvəqqəti azadlıq kimi mövzuları şərh edib.


Vahid Qarabağlının sözlərinə görə son günlərdə milli fəal Yaşar Kərimi Xoy şəhərindəki İnqilab Məhkməsinə çağrılıb və oradan keçmişdə məhkum olduğu həbs cəzasını çəkmək üçün zindana göndərilib. Fevralın 6-da, Ettelaat məmuları tərəfindən Kərəc və Xiyav şəhərlərində tutulan Lətif Həsəni və Şəhram Radmehrin Təbrizdəki İnformasiya və Təhlükəsizlik həbsxanasında saxlandıqlarına ehtimal verilir.
İranda azərbaycanlı milli fəallar ümumiyyətlə məhkəmələrdə, Pan-Türkizm və milliyətçilik, separatçılıq, milli təhlükəsizliyi qarşı fəaliyyət göstərmək, milli təhlükəsizliyə zərbə vurmaq məqsədə ilə qanunsuz qrup və təşkilat yaratmaq, İslam Respublikasına qarşı təbliğat aparmaq, asayişi pozmaq, dini lideri aşağılamaq və qanunsuz toplaşma kimi ittihamlarla günahlandırılırlar

“İranda azərbaycanlı milli fəallar ümumiyyətlə məhkəmələrdə, Pan-Türkizm və milliyətçilik, separatçılıq, milli təhlükəsizliyi qarşı fəaliyyət etmək, milli təhlükəsizliyə zərbə vurmaq məqsədə ilə qanunsuz qrup və təşkilat yaratmaq, İslam Respublikasına qarşı təbliğat aparmaq, asayişi pozmaq, dini lideri aşağılamaq və qanunsuz toplaşma kimi ittihamlarla günahlandırılırlar,” deyə ADAPP sözçüsü bildirib.

Vahid Qarabağlının sözlərinə görə, İran məhkəmələri fəalları milli təhlükəsizliyə qarşı fəaliyyət göstərməkdə günahlandırdıqları zaman, təhlükəsizlik və informasiya orqanlarına o fəalları, uzun müddət ailələri və vəkillə görüşdürmədən, nəzarət altında saxlayıb və onların işgəncə edilərək sorğu-suala çəkilmələrinə şərait yaratmış olurlar. Elə buna görə də, Ettelaat həbsxanalarına göndərilən fəallar adətən bu ittihamla üzləşirlər.
Vahid Qarabağlı

Vahid Qarabağlı


Cənab Qarabağlı eyni ittihama məruz qalmış və hazırda Tehranın Evin zindanında 8 illik həbs müddətini çəkməkdə olan jurnalist Səid Mətinpur haqqında deyir: “Doqquz ay Ettelaat həbsxanasının təkadamlıq kamerasında işgəncə edilərək sorğu-suala çəkilən Mətinpura məhkəmədə özünü müdafiə etmək üçün sadəcə üç dəqiqə vaxt verilmişdi. Jurnalist vəkillə təmin edilməmişdi və ailəsi onun aylarla hansı şəhərdə saxlandığını bilmirdi.”

Hüquq müdafiəçisi bu gün İran zindanlarında saxlanılan bəzi fəallar və qruplar haqda da məlumat verib. O, dörd il öncədən 8 illik həbs hökmünü Tehranın Evin zindanında çəkən jurnalist və hüquq müdafiəçisi Səid Mətinpur, Azərbaycan Ələvi azlığına mənsub və edam təhlükəsində olan Yunus Ağayan, 2010-cu ilin mayından etibarən Təbriz zindanında 6 illik həbs cəzasını çəkməkdə olan Fərdin Muradpur, Rəcayişəhr zindanında 11 illik və Təbrizdə 6 illik həbs cəzası çəkən işçi fəallar Şahrux ZamaniMəhəmməd Cərrahi, İran İslam Respublikasının Urmiyə Gölü böhranı ilə bağlı siyasətlərinə etiraz etdikləri üçün uzun müddətli həbslərə məhküm edilən Əziz Purvəli, Həsən Ərk, Mehdi Həmidi Şəfiq, Əhməd Riyazi, Elman NuriŞəhram Dadaşi, Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkati (Yeni GAMOH) təşkilatı ilə bağlı tutulanlar Mahmud Fəzli, Yürüş Mehrəlibəyli (Ayət), Lətif HəsəniŞəhram Radmehr, İran-Ermənistan təmaslarının artmasına etiraz olaraq Marağa şəhərində keçirilən aksiyalarla bağlı tutulan din xadimi Əbdüləziz Əzimi-Qədim, Davud Əzimzadə, Bəhmən Xaliqi, Abbas VəlizadəMehdi Kuxiyan, həmçinin Təbriz və Xoy zindanlarında saxlanılan Əmir ÇəməniYaşar Kərimi kimi fəalların adlarını qeyd edib.
Müvvəqəti azadlıqda olan ya şərti həbsə məhküm edilən milli fəallar zindanda olmasalar da, çox məhdudlaşırlar və fəaliyət imkanları kəskin azalır. Çünkü onlar istənilən vaxtda həbs edilə bilərlər

Vahid Qarabağlı bunlardan əlavə yüzlərlə Azərbaycan fəallının ağır zəmanət qarşılığında müvəqqəti azadlıqda olduqlarını bildirərək, “müvvəqəti azadlıqda olan ya şərti həbsə məhküm edilən milli fəallar zindanda olmasalar da, çox məhdudlaşırlar və fəaliyət imkanları kəskin azalır. Çünkü onlar istənilən vaxtda həbs edilə bilərlər,” deyə əlavə edib.
XS
SM
MD
LG