Accessibility links

Video

Bloger Əli Novruzov: Prezident seçkilərində internet daha güclü rol oynayacaq


Müstəqil bloger Əli Novruzov Amerikanın Səsinə video müsahibəsində ölkədə internet azadlığı, seçkilərdə internetin rolundan danışıb. Müsahibədən seçmələr: - İnternet texniki cəhətdən azaddır, siyasi-sosial mühitdə problemlər var. Biz deyirik ki, Azərbaycanda internet qismən azaddır. İnternetə heç kimin total nəzarəti yoxdur. Hamı sözünü deyə bilir; - Azərbaycan hökuməti seçki dövründə internetdən daha yaxşı yararlanmağa çalışır. Aktivliyini artırmaq üçün işlər görür. Müxalifət və ictimai qurumlar da internetdə azaddır. Hər üç tərəf çox fəaldır. Amma bəzən məzmuna nəzarət olur; - Bu ilki seçkidə internet daha güclü rol oynayacaq. Çünki 1 milyondan çox insan Facebook üzvüdür. Bu isə televiziyadan başqa ikinci alternativ vasitədir; - Məsələn, Həbib Münətəzirin YouTube-dəki kanalına 22 milyon baxış olub. Adam sadəcə əjdahadır! Onun hələ Facebook səhifəsi də var; - Mətbuat Şurasında internetin monitorinqi ilə bağlı yaradılmış komissiyanı pisləyirəm. Mətbuat Şurasının internetə aidiyyəti yoxdur; - Mətbuat Şurası İnternet ictimaiyyəti ilə məsləhətləşmədən bu addımı atıb. Axı, Siz kimsiniz ki, interneti tənziməyəsiniz. Bu özünütənizmləmədə internet icmasının özü iştirak edə bilər.

XS
SM
MD
LG