Accessibility links

Əfqan gənclərin orkestri ABŞ-da qastroldadır [Video]


Əfqanistanda 30 il ərzində qurulan ilk orkestr Əfqan Gənclər Orkesti hazırda Birləşmiş Ştatlarda qastroldadır. Qrup Kabil küçələrində boya-başa çatmış uşaqlardan ibarətdir. Onlar hazırda Brodveydədirlər.

Kabilin qarına alışan Əfqan Gənclər Orkestrinin gənc ifaçıları və təlimatçıları üçün Birləşmiş Ştatlarda səyahətinin ikinci dayanacağı Nyu York Şəhərinə 25santimetrə yaxın qar yağması onları öz evlərində kimi hiss etdirib.

Onlar heç bir vaxt yatmayan şəhər olan Nyu Yorkun mənzərələrini seyr edirlər.

Gənc əfqanlar Ellen Stardust restorantının ofisiantının seranada ifası altında klassik Amerika yemekləri-burqer və kartof qızartmasını dadırlar.

Qrup Kabildən Birləşmiş Ştatlara qədər 10,000 kilometrlik məsafəni qət edib. Qastrol ABŞ Dövlət Departamenti və ABŞ-in Əfqanistandakı səfirliyi tərəfindən maliyələşdirilib. Taliban 1996-cı ildə Əfqanistanın nəzarətini ələ keçirdikdən sonra musiqi ifasına tamamilə qadağa qoymuşdu.

Kunar vilayətindən olan Neginin dediyinə görə, onun ən sevimli anları qastrolun ilk günündə Vaşinqtonda tamaşaçılarla qurduğu münasibətlər olub.

Konsertin başlamasına bir neçe dəqiqə əvvəl biz səhnədə otururduğumuz vaxt orada bir Əfqan qadın bizə baxıb ağlayırdı. Bu çox təsirli idi və mənim özüm də az qala ağladım. Mən o vaxt çox təsirləndim.

Başqaları isə Tayms meydanın parlaq işıqlarına heyran qalmışdılar.

Mən Nyu York şəhərini 4 və ya 5 il əvvəl şəkillərdə görmüşdüm və o vaxtdan bəri Nyu York şəhərinə vurulmuşam. Mən bunu bu cur deyəcəm : Mən Nyu Yorku sevirəm.

Çərşənbə axşamı Əfqan Gənclər Orkestrası dünyanın ən məşhur Karneqi zalında çıxış edəcək.
XS
SM
MD
LG