Accessibility links

Video

Rahim Hacıyev: Azadlıq qəzeti nəşrini dayandırmaq təhlükəsi ilə üzləşib


Ölkənin aparıcı müxalif qəzeti – “Azadlıq” nəşrinin dayandırılmasına səbəb ola biləcək son məhkəmə cərimələrindən sonra dəstək üçün ictimaiyyətə müraciət edib. “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev Amerikanın Səsinə müsahibəsində bildirib ki, iqtidar yüksək məhkəmə cərimələri ilə hakimiyyəti prinsipial və ardıcıl tənqidə görə qəzeti boğmağa çalışır. O qeyd edib ki, mətbuat üzərində total nəzarət şəraitində hakimiyyət qəzetin, xüsusən onun oxucularının sayı 200 mindən çox olan İnternet versiyasının getdikcə məşhurlaşmasından narahatdır.

XS
SM
MD
LG