Accessibility links

Hollivud aktyoru Alek Boldvini fotoqraflar yenə özündən çıxarıb


Alek Boldvin Nyu-York şəhərindədir və onun yenə də özündən çıxması aydın görünür. Deyilənə görə 30 Rock teleserialının ulduzu itlərini gəzdirərkən Nyu-York Postun fotoqrafçısının onu qaraba-qara izləməsi aktyoru müvazinətdən çıxarıb. Gördüyünüz kimi onlar aktyorun yanından ayrılmırlar. Aktyor, əsasən başını aşağı salaraq, əlində kofe gedir. Lakin əsl drama o, evə qayıdarkən baş verir. Hər şey video görüntüyə düşməyən fotoqrafçının uşaq arabasını itələyən qadınla toqquşması zamanı baş verir. O, gənc qadını dayandıraraq ondan baş verənləri kameraya danışmasını istəyir.
XS
SM
MD
LG