Accessibility links

Amerikanın məşhur həkimi qubernatorları daha çox cinsi əlaqədə olmağa çağırdı [Video]


ABŞ qubernatorlarının son toplantısı türk mənşəli Dr. Mehmet Özün onları daha çox cinsi əlaqədə olmaq çağırışı ilə başa çatıb.

Amerikanın tanınmış həkimi Milli Qubernatorlar Assossiasiyasının qiş sessiyasındakı çıxışında qubernatorların öz ştatlarında insan ömrünü uzadacaq və səhiyyə xərclərini azaldacaq bir neçə tövsiyələr sıralayıb. O, ştat qubernatorlarını sağlam həyat tərzini təşviq etmək məqsədilə şirkətlərə siqaret çəkənləri işə götürməməyə icazə verməyin və qazlı-şəkərli spirtsiz içkilərə qadağaların vacibliyini vurğulayıb.

“Ştatlarınızda siqaret çəkənləri işə götürməmək səhiyyə xərclərini 15 faiz azaldacaq,” deyə Mehmet Öz bildirib.

O, artıq 20-yə yaxın ştatın bu növ ölçülər götürdüyünü bildirib.

Dr. Öz həmçinin qubernatorlara sağlam həyat tərzinə dair məsləhətlər verib. Həkim onlara qəlyanaltı kimi qoz-fındıq yeməyin iştahın azaltmasına kömək edəcəyini deyib.

O, həmçinin cinsi əlaqənin insan ömrünün uzanmasında böyük rol oynadığını vurğulayaraq qubernatorları həftədə iki dəfə cinsi əlaqədə olmağa çağırıb.

Qubernatorlardan heç biri Dr. Özün onların cinsi həyatı barədə məsləhətinə şərh verməyib. Dr. Öz, bazar günü qubernatorların həyat yoldaşları ilə görüş keçirmişdi.

Qubernatorların həftəsonu keçirilən müşavirələrinin əsas mövzusu olan köklüyə qarşı kampanya Dr. Özün çıxışının böyük hissəsini təşkil edib. O deyib ki, sağlam həyat tərzini təşviq etmək üçün idman, fruktoza və yağlı yeməkləri azaltmaq vacibdir. Dr. Öz deyib ki, insanlar fruktoza həzm edəndə beyinə siqnal gedir və onlar doyduqlarını unudur və əlavə 125 kalori həcmində yemək yeyirlər.

XS
SM
MD
LG