Accessibility links

1770-ci il, martın 5-də Britanya əsgərləri itaətsiz xalq kütləsinə atəş açaraq "Boston qətliamı" kimi tanınan insidentdə beş vətandaşı qətlə yetirdilər.

Dramatik gülləbaranda ilk həlak olan adam Krispus Attuks adlı qul olmuşdu. Attuks bu mənada Amerika İnqilabının ilk qurbanı sayılır.

Britanyalı kapitan Tomas Preston və yeddi əsgər hadisəyə görə həbs olunmuş və qətl ittihamı ilə mühakimə olunmuşdular.

Sonradan ABŞ-ın qurucu babası və prezidenti olacaq Con Adams əsgərləri bu məhkəmələrdə müdafiə etmiş və qarşıdurmanın günahkarı kimi iri cüssəli Attuksu göstərmişdi.

Kapitan Preston və beş əsgər məhkəmədə bəraət qazanmiş, ancaq bu qərar cəmiyyətin böyük narazılığı ilə qarşılanmışdı. İki əsgər qəsdən adam öldürmək maddəsi ilə müqəssir bilinmiş və onların baş barmaqlarına qızmar dəmirlə damğa vurulmuşdu.
XS
SM
MD
LG