Accessibility links

Video

Məlahət Nəsibova: Müharibənin ən böyük zərbəsi sərhədlərdə yaşayan qadınlara dəyib


Naxçıvan Resurs Mərkəzinin rəhbəri Məlahət Nəsibova Amerikanın Səsinə müsahibəsində Naxçıvanda və regionda qadın hüquqlarından danışıb. Onun fikrincə, region dövlətlərinin qadınları münaqişələrin nizamlanmasında mühüm rol oynaya bilər. M.Nəsibova bildirib ki, Azərbaycanın hər yerində olduğu kimi Naxçıvanda da qadınların problemi var. “Naxçıvanda bir çox kənd yerlərində qadınlar hüquqlarını bilmir. Düşünürlər ki, həyata sadəcə qadın kimi gəliblər, uşqalarını saxlamalıdırlar. Naxçıvanda qadınların ən böyük problemi hüquqlarını bilməməsidir”. Hüquq müdafiəçisi Naxçıvanda qadınların müxtəlif sahələrdə çalışdığını deyib. “Naxçıvanda qadın həkim, müəllim işləyir, ancaq hakimiyyətin yüksək strukturlarında təmsil olunmur. Naxçıvan parlamentinin 45 deputatından yalnız ikisi qadındır”. Naxçıvan İran, Türkiyə və Ermənistanla həmsərhəddir. M.Nəsibova hesab edir ki, İran qadınlarının təhsillilik səviyyəsi yüksəkdir. “Düşünmürəm ki, İranda qadınların sosial hüquqları, təhsildə, səhiyyədə təmsil olunmağı Naxçıvandan geri qalır. İran qadınlarının əsas problemi çadıradır. Amma biz görürük ki, İrandan Naxçıvana gələn qadınlıarın təhsil səviyyəsi yüksəkdir, dünyagörüşləri çoxdur və inkişafa can atırlar. Onlar da Naxçıvan qadınları kimi azad olmaq istəyirlər”. Onun fikrincə, Naxçıvan qadınlarının təhsilliyi Türkiyənin bu regionla sərhəd ərazidə yaşayan qadınalrından yüksəkdir. M.Nəsibova hesab edir ki, region qadınları Ermənistan-Azərbaycan münaqişəsində sülhün yaradılmasında mühüm rol oynaya bilər. “Müharibənin ən böyük zərbəsi sərhədlərdə yaşayan qadınlara dəyib. Onlar övladlarını, həyat yoldaşlarını, evlərini itirib”. Hüquq müdafiəçisi bildirib ki, hazırki zamanda ümumilikdə iki ölkə qadınları arasında əlaqələrdən danışmaq olmaz. “Amma ayrı-ayrı hallarda təşkilatlar arasında əlaqələr olur. Məlumdur ki, Ermənistan qadınları da müharibənin əleyhinədir. Onlar da bölgədə sülh və sabitlik istəyir. Bu baxımdan qadınlıar, analar bölgədə müharibələrin dayandırılmasında, sülhün yaranmasında çox işlər görə bilər və görməlidir”.

XS
SM
MD
LG