Accessibility links

Həftənin videosu

Aksiya - "Ordu morqa dönməsin!"


Qabaqcadan tətbiq edilən qadağalara baxmayaraq çoxsaylı gənclər təşkilatları, ictimai xadimlər “Əsgər ölümlərinə son!” şüarı ilə Bakının Fəvvarələr Meydanına etiraz aksiyası keçirib. Etirazçılar həmçinin “İstefa!”, “Orduda ölümlərə yox!”, “Ordu morq deyil!”, “Polis, öz xalqına zülm etmə!” şüarları səsləndirib. Dərhal polis dəstələri mitinq iştirakçılarını saxlamağa və dağıtmağa başlayıb. Bu zaman suvuran maşınlardan, gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə olunub. Xüsusi təyinatlı polis alayı dəyənəklərdən istifadə edib. Xəsarət alanlar olub.

XS
SM
MD
LG