Accessibility links

El Hərəkatı təsis edilib


El Hərəkatı təsis edilib
please wait

No media source currently available

0:00 0:01:32 0:00

Martın 12-də “EL” adlı yeni ictimai-siyasi hərəkatın təqdimatı olub. Təşəbbüs qrupuna Ziyalılar Forumunun həmtəsisçisi Eldar Namazov rəhbərlik edib. Təşəbbüs qrupunun bəyanatında deyilir ki, “El” Hərəkatı Azərbaycanı korrupsiya bataqlığından, hakmiyyətin yaratdığı və təşviq etdiyi inhisarçılıq, saxtakarlıq və məmur özbaşınalığından, qanuna və insan haqlarına hörmətsizlik və şəxsiyyətə pərəstişlik xəstəliyindən azad olmuş müasir, dünyəvi və sözün əsl mənasında sivil, ədalətli, qüdrətli və ərazi bütövlüyü təmin edilmiş bir dövlət kimi görmək istəyir. “El” Hərəkatı Azərbaycanda hüququi dövlət və vətəndaş cəmiyyətinin bərqərar olmasını, avtoritarizmdən demokratiyaya keçidi strateji məqsəd kimi qarşısına qoyub.

XS
SM
MD
LG